29 oktyabr 2025 19:18
119

Ukraynadan daha 12 uşaq Azərbaycana gətirilib

Ukraynanın Sumı vilayətindən yeni 12 uşaqdan ibarət qrup reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusyev "X" sosial media hesabında paylaşım edib.

"Bu il 215 nəfər olmaqla, ümumilikdə 459 ukraynalı uşaq Azərbaycanda sülh və qayğı tapıb. Dəstəyinə görə Azərbaycana minnətdarıq", - səfir qeyd edib.

Qeyd edək ki, sonuncu dəfə 30 uşaq oktyabrın 27-də reabilitasiya məqsədilə Azərbaycana gətirilib.