Böyük Birlik Partiyası Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyənnaməsini tam dəstəkləyir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici Azərbaycana səfəri çərçivəsində keçirdiyi brifinqdə deyib.
"Biz hər zaman Azərbaycanın acısını acımız, sevincimi sevincimiz bilmişik və bu, daim belə olacaq", - o bildirub.
BBP sədri Qarabağa səfərinə toxunaraq oradakı bərpa-quruculuq işlərindən danışıb.
"Ağdamda şəhidlərimizin qəbirlərini ziyarət edib şəhidlərimizim ruhunu bir daha yad etdik, orada həyata keçirilən genişmiqyaslı işlərlə tanış olduq".
O, 2 minə yaxın tələbənin təhsil aldığı Qarabağ Universitetinin fəaliyyətə başlamasını da xüsusi məmnunluqla vurğulayıb.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib