Fransa diplomatları Bakıda ikitərəfli münasibətlər və regional gündəmlə bağlı danışıqlar aparıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut "X"dəki səhifəsində yazıb.
Diplomat qeyd edib ki, Azərbaycan və Fransa diplomatları arasında hərtərəfli və məhsuldar müzakirələr aparılıb:
"Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Fransa Xarici İşlər Nazirliyinin kontinental Avropa Departamentinin direktoru Bris Rokfey ikitərəfli münasibətlər və regional məsələləri müzakirə etmək üçün Azərbaycana gəliblər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşlər keçirilib".
Laqut həmçinin vurğulayıb ki, Bakıdakı görüş Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makron arasında son görüş fonunda ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm addımdır.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib