Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Buğali ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xariciİişlər Nazirliyinin "X" sosial şəbəkə səhifəsində paylaşım edilib.
Qeyd olunub ki, müzakirələr iki ölkə arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə yönəlib.
"Hər iki tərəf təcrübə və nailiyyətlərin mübadiləsinin, həmçinin siyasi, iqtisadi və humanitar sahələrdə birgə təşəbbüslərin təşviqinin vacibliyini vurğulayıb", - paylaşımda vurğulanıb.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib