ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanla 30 ildən artıq davam edən münaqişənin həlli istiqamətində göstərdiyi səylərini yüksək qiymətləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə Stiv Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında danışıb.
Uitkoff bildirib ki, avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini birbaşa soruşub.
Azərbaycan lideri cavab verib ki, məqsədi yalnız işğal olunmuş əraziləri geri qaytarmaq idi və "ona artıq heç nə lazım deyildi".
ABŞ Prezidentinin xüsusi elçisinin fikrincə, bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz bir qərardır.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib