Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu Azərbaycan tərəfindən dəfələrlə bildirilib.
“İki sahil” xəbər verir ki, bunu "Report"a müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq missiyadan Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunub:
"Qeyd edilənləri nəzərə alaraq Azərbaycan-Ermənistan sərhədində üçüncü tərəfin qüvvələrinin yerləşdirilməməsi sülh sazişinin əsas müddəalarından biri kimi tərəfimizdən irəlilədilib və yekunda qəbul olunub. Ölkəmiz üçüncü tərəfin qüvvələri dedikdə həmçinin Avropa İttifaqının Missiyasını nəzərdə tutur və bu istiqamətdə mövqeyimiz missiyanı qəbul edən tərəf kimi Ermənistana məlumdur. Ümid edirik ki, sülh sazişi imzalanandan sonra Ermənistan bu çərçivədə öhdəliklərini yerinə yetirəcək".
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib