Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, Fələstin Prezidentinin təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
Zati-alinizə və Sizin simanızda Azərbaycan Respublikasının Hökumətinə və qardaş Azərbaycan xalqına Zəfər Gününün beşinci ildönümü, həmçinin Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycana, Hökumətinizə və xalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Qürur duyduğumuz dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin daha da inkişaf edib möhkəmlənəcəyinə əminliyimi bildirirəm.
Zati-aliləri, hörmətli qardaşım, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib