8 Noyabr - Zəfər Günü ilə əlaqədar ABŞ-ın paytaxtı Vaşinqtonda məlumatlandırma aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın qələbəsinə və Zəfər Gününə dair şüarların nümayiş olunduğu led ekranlı avtomobil ABŞ-ın əsas prospekt və küçələrində hərəkət edib. Ekranda “Cəsarətin 5 ili, qürurun 5 ili”, “Azərbaycan qalib gəldi, ədalət zəfər çaldı”, “Qələbəni mümkün edənləri anırıq”, “Birlikdə Qarabağda dayanıqlı sülh naminə”, “Qarabağ - sülh və ümidlər torpağı”, “Qafqazda sülh və əməkdaşlıq” və sair şüarlar yer alıb. Avtomobil 4 saata yaxın Ağ Ev, Vaşinqton abidəsi, Kapitol, Linkoln Memorialı kimi məşhur binaların yerləşdiyi küçələrdə hərəkətdə olub.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib