Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə yanaşı, bir sıra ölkələrin ordu rəhbərliyi də iştirak edib.
“İki sahil” xəbər verir ki, hərbi paradı Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyəti, Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç, Qazaxıstanın müdafiə naziri Dauren Kosanov, habelə Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini, Qırğızıstanın müdafiə naziri, eləcə də Özbəkistanın müdafiə nazirinin müavini izləyiblər.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib