Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə özünün "X" hesabında yazıb.
O bildirib ki, müstəqilliyimizin və suverenliyimizin təcəssümü olan şanlı üçrəngli bayrağımız bu gün bütün suveren Azərbaycan ərazilərində dalğalanır:
"Milli qürur mənbəyimiz olan bayrağımız uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirəm".
Meksika səfiri: Azərbaycan ilə Meksika arasında yeni əməkdaşlıq imkanlarına qarşılıqlı maraq mövcuddur
Mina insidenti bərpa və yenidənqurma səylərimizə mane olur - Prezidentin köməkçisi