Avstraliya federal parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupu yaradılıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkəmizin Avstraliya səfirliyinin "X" sosial şəbəkəsində məlumat verilib.
Diplomatik nümayəndəlikdən qeyd edilib ki, qrupun həmsədrləri Səhiyyə, Yaşlılara və Əlillərə Qulluq üzrə Daimi Komitənin sədri Mayk Frilender və Ticarət və İnvestisiyalar üzrə Birləşmiş Daimi Komitənin sədr müavini Rik Uilson olublar.
"Qrupun tərkibinə yüksək vəzifəli rəhbərlər, o cümlədən Senatın sədri senator C.Syu Layns, Nümayəndələr Palatasının spikeri Milton Dik və digər parlament üzvləri daxil olublar", - səfirliyin məlumatında deyilir.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib