Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zəyani Azərbaycanın Manamadakı səfiri Şahin Abdullayevi diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib.
Bu barədə "Report" Bəhreyn KİV-inə istinadən xəbər verir.
Görüş zamanı XİN başçısı diplomata Bəhreyn və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişafı üçün göstərdiyi səylərə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ş.Abdullayev isə öz növbəsində göstərilən dəstəyə və səmərəli əməkdaşlığa görə Bəhreyn hökumətinə təşəkkür edib. Diplomat vurğulayıb ki, bu əməkdaşlıq iki ölkə arasında münasibətlərin inkişafına töhfə verib.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib