Noyabrın 11-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.
Türkiyə Prezidenti telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib