“Azərbaycan və Türkiyənin suveren hüquqlarını pozmağa, ölkələrimizi təhdid etməyə və ya iki qardaş dövlətin tarixi və siyasi nailiyyətlərinə maneələr yaratmağa çalışan qüvvələrin hiylələri uğursuzluğa məhkumdur”.
“İki sahil” xəbər verir ki, bu barədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Ankarada MHP parlament fraksiyasının iclasında çıxış edərkən bildirib.
O, Ankara ilə Bakı arasındakı əlaqələrin möhkəm və sarsılmaz olduğunu, əməkdaşlığın isə “Bir millət, iki dövlət” kəlamını əks etdirdiyini vurğulayıb.
D.Bahçeli “türk dövrünün iki parlayan ulduzu”nun dövrümüzün çağırışlarına qarşı qətiyyətlə mübarizə aparmağa davam edəcəyinə əminliyini bildirdi.
“Türkiyə ilə Azərbaycan arasındakı milli, tarixi, mədəni və strateji tərəfdaşlıq müəyyən dairələrdə narahatlıq doğurur. Biz bunu görürük və bu cür təşəbbüslərin arxasında kimin dayandığını dərk edirik”, - deyə MHP rəhbəri bildirib. O, vurğulayıb ki, Ankara ilə Bakı arasındakı dostluq münasibətlərinə xələl gətirmək cəhdləri iki ölkənin düşmənləri üçün nəticə verməyəcək.
Bahçeli deyib ki, Türk xalqları yeni inkişaf mərhələsinin astanasındadır.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib