Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Xatırladaq ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İslam Rzayev və rayonun digər vəzifəli şəxslər saxlanılıb.
İ.Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.
Səbail Rayon Məhkəməsinin qərarına əsasən, İ.Rzayev barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib