Azərbaycan və Mərkəzi Asiya ölkələri rəqəmsal kommunikasiyalar sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdirlər.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.
"Rəqəmsal kommunikasiyalar sahəsində əməkdaşlığımızın böyük potensialı var. "Rəqəmsal İpək Yolu" layihəsi Xəzər dənizinin dibi boyunca fiber-optik kabel şəbəkəsinin yaradılması planlarını əhatə edir", - deyə dövlət başçısı vurğulayıb.
Prezident əlavə edib ki, Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi elektrik enerjisinin dünya bazarlarına birgə ixracı üçün böyük perspektivlər açır.
Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası Bakıda keçiriləcək
Bəyanat: Avropa Parlamentinin qətnaməsi onun institusional etibarlılığına dair ciddi suallar yaradır