Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır.
“İki sahil” xəbər verir ki, qardaş ölkənin media orqanları bazar günü yayımlanan reportajlarında Azərbaycan liderinin görüş iştirakçılarına müraciətinə, o cümlədən Zəngəzur dəhlizi layihəsi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, TRIPP) ilə bağlı fikirlərinə diqqət yetiriblər.
Dövlət başçısının bu ilin avqust ayında Vaşinqtonda Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün əldə edilən razılaşmaların əhəmiyyətinə, eləcə də ölkəmizdə Zəngəzur Dəhlizinin tikintisinin vaxt qrafikinə dair sitatları təqdim olunub.
Prezident İlham Əliyevin çıxışına istinadla qeyd edilib ki, 15 milyon ton yükdaşıma qabiliyyətinə malik dəmir yolu Orta Dəhlizin mühüm arteriyasına çevriləcək.
Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib - Mazen Torki Saud Əl-Qadi
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib