Mərkəzi Asiya ölkələri və Azərbaycanın xarici işlər nazirləri Özbəkistanın paytaxtı Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov "X" sosial şəbəkəsində yazıb.
O vurğulayıb ki, Mərkəz regionun ən mühüm mədəni və təhsil layihələrindən biridir.
"Bu möhtəşəm mərkəz xalqlarımızın əsrlər boyu bütün İslam dünyasında elm, fəlsəfə, incəsənət və ilahiyyatın inkişafına verdiyi töhfələri özündə cəmləşdirən misilsiz intellektual irsi təcəssüm etdirir. Bizim səfərimiz bir daha xatırlatdı ki, biz yalnız ortaq tarix deyil, həm də ortaq gələcəyi bölüşürük. Mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və ümumi sivilizasiya irsimizin təbliği regional əməkdaşlığın əsas dayaqları olaraq qalır", – B. Saidov qeyd edib.
Qeyd edək ki, bu gün Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məsləhətçi görüşü keçirilib. Görüşdə Azərbaycanın formatın tamhüquqlu iştirakçısı olması barədə qərar qəbul olunub.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır