18 noyabr 2025 09:45
318

YAP təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda ən böyük siyasi partiyasıdır

Yeni Azərbaycan Partiyası (YAP) müasir Azərbaycanın siyasi tarixində ən böyük və nüfuzlu siyasi təşkilat kimi mühüm rol oynayıb. Son 30 ildə ölkənin siyasi sisteminin formalaşması, dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin və inkişafın təmin edilməsində YAP-ın fəaliyyətinin əvəzsiz rolu danılmazdır. Bu gün partiyanın 730.354 nəfərlik üzvü ilə Cənubi Qafqaz regionunda ən geniş siyasi qüvvəyə çevrilməsi, onun sosial dayaqlarının geniş, ideoloji xəttinin isə cəmiyyət tərəfindən dəstəkləndiyinin real göstəricisidir.

Prezident İlham Əliyevin YAP-ın VII qurultayında səsləndirdiyi fikirlər partiyanın keçdiyi siyasi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıdakı hədəflərin əhəmiyyətini bir daha vurğulayır:
“YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır... Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”

Bu çıxış partiyanın həm tarixi rolunu, həm də gələcək strateji xəttini müəyyənləşdirən mühüm siyasi mesaj kimi qiymətləndirilməlidir.

1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası ölkənin ən çətin tarixi dönəmlərindən birində Azərbaycan cəmiyyətinə siyasi alternativ və sabitlik yolunu təqdim etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan partiya qısa müddətdə hakimiyyətə gəlirək ölkədə siyasi böhranı aradan qaldırdı, dövlətçilik ənənələrini bərpa etdi və inkişaf strategiyasını müəyyənləşdirdi.

Sonrakı illərdə YAP:

ölkənin iqtisadi inkişaf modelini formalaşdırdı,

siyasi sabitliyi təmin etdi,

sosial islahatların icrasını davamlı xarakterə çevirdi,

beynəlxalq əlaqələrin genişlənməsinə töhfə verdi,

yeni geosiyasi reallığın formalaşmasında mühüm rol oynadı.

Bu gün Azərbaycan Cənubi Qafqazda söz sahibinə, beynəlxalq arenada nüfuzlu tərəfdaşa çevrilmişsə, bunun təməlində YAP-ın düzgün siyasi xətti dayanır.

YAP-ın VII qurultayı təkcə partiyanın deyil, bütövlükdə ölkənin ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə malik hadisə oldu. Qurultayda qəbul edilən qərarlar partiyanın strukturunun modernləşdirilməsi, fəaliyyət prinsiplərinin yenilənməsi və yeni siyasi mərhələdə daha çevik idarəetmənin təmin olunması baxımından mühüm addımlar kimi dəyərləndirilir.

Qurultayın əhəmiyyətini artıran əsas amillər:

İctimai-siyasi proseslərdə YAP-ın aparıcı mövqeyinin təsdiqi,

Siyasi kursun yeni çağırışlara uyğunlaşdırılması,

Gənclərin, intellektual təbəqənin partiya fəaliyyətinə daha geniş cəlb olunması,

Azərbaycanın qarşısında duran strateji hədəflərin prioritetləşdirilməsi.

Prezident İlham Əliyevin qurultaydakı çıxışında səsləndirdiyi mesajlar göstərdi ki, YAP bundan sonra da dövlətin modern inkişaf konsepsiyasına liderlik edən əsas siyasi qüvvə olacaq.

Bu gün YAP təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda ən böyük siyasi partiya kimi tanınır. Üzvlərinin sayına, siyasi aktivliyinə, dövlət idarəçiliyindəki roluna görə regionda ona bərabər gücdə siyasi təşkilat mövcud deyil. Partiyanın bu mövqeyi Azərbaycanın:

artan iqtisadi gücü,

güclü diplomatiyası,

ordu quruculuğundakı nailiyyətləri,

Vətən müharibəsində əldə olunan Zəfər, postmüharibə dövründə həyata keçirdiyi quruculuq işləri ilə birbaşa bağlıdır.

Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyanın fəaliyyətinə yeni nəfəs, yeni dinamika gətirdi. 30 illik güclü təcrübə, geniş xalq dəstəyi və siyasi iradə YAP-ı gələcək onilliklərin də əsas siyasi qüvvəsi olaraq saxlayır. Prezident İlham Əliyevin qurultaydakı fikirləri bu reallığın təsdiqidir:

“Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”

Bu mövqeyə əsaslanaraq demək olar ki, YAP həm Azərbaycanın dövlət quruculuğu prosesində, həm də ölkənin uzunmüddətli inkişaf strategiyasında əsas siyasi dayaqlardan biri olaraq qalacaq.

Təranə Paşayeva,
YAP Xətai təşkilatının əməkdaşı