Xalqlar öz müstəqilliyi və suverenliyi uğrunda tarixin bütün dövrlərində mübarizə aparmışlar. 70 illik Sovet imperiyasının dağılması və ölkəmizin müstəqillik əldə etməsi uğrunda qazandığı qalibiyyət təəssüf ki, itkilərsiz ötüşməmişdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra gərgin və mürəkkəb mərhələdən keçmişdir. Siyasi səriştəsizlik, kənardan müxtəlif müdaxilələr, ermənilərin əsassız torpaq iddiaları və iqtisadi böhran ölkəndə gərginliyi artıran amillər idi. Belə bir gərgin vəziyyətdən çıxmaq üçün yüksək siyasi təcrübəli şəxsin rəhbərliyinə ehtiyac vardı. Bu səbəbdən də, sonralar “91-lər” kimi tanınmış müxtəlif sahələrdə çalışan bir qrup ziyalı o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə müraciət ünvanlayaraq yeni yaradılacaq siyasi partiyaya onun rəhbərlik etməsini istədilər. Bakıya gəlməsi mümkün olmadığından 550 nəfərlik təşəbbüs qrupu Naxçıvana getdi və Ulu Öndər Heydər Əliyevin sədrliyilə təsis konfransı 1992-ci ilin 21 noyabrında keçirildi, Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın sədri, təsis konfransından 7 ay sonra xalqın istəyilə Bakıya gələrək parlamentə sədr və 11 ay sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Azərbaycan müstəqilliyini elan etsə də, kənardan çoxlu dağıdıcı müdaxilələr, cəhdlər vardı. 1993-2003-cü illərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə ölkədə stabillik yaradıldı, müstəqil Respublikasının ilk Konstitusiyası qəbul olundu, güclü və nizami ordu formalaşdırıldı, iqtisadiyyata xarici sərmayələr qoyuldu, “Əsrin kontraktı” imzalandı, diplomatik sahədə dövlətin nüfuzu yüksəldildi.
Müstəqilliyini yeni əldə etmiş Azərbaycanın qarşılaşdığı ən mürəkkəb məsələlərdən biri də Qarabağ münaqişəsi idi. Ermənistanın əsassız torpaq iddiaları və dünyada ətrafına topladıqları havadarlarının sayəsində hücumları Azərbaycanın təxminən 30 ilə yaxın müddətdə 20 faiz torpaqları işğala məruz qalmışdır. Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü işlərdən biri də ordu quruculuğu idi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdidiyi güc, peşəkarlıq dünya təcrübəsində nümunədir. Bu illər ərzində vətənpərvər gənclik formalaşdı. Azərbaycan siyasi kursunda heç zaman milli, dini ayrıseçkiliyə yol verilməmişdir. Bu səbəbdən də, II Qarabağ savaşında qəhrəman övladlarımız düşünmədən canlarını Vətən uğrunda qurban verməyə hazır olduqlarını bir daha göstərdi.
Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il keçir. Müstəqil Azərbaycan dövləti dünyanın siyasi və iqtisadi həyatında özünəməxsus mövqeyə sahibdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir”.
“Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və Dünya Azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” partiyanın 11 strateji hədəfidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev YAP-ın VII qurultayında çıxışında demişdir: “Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür.”
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri