Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan fasilə başa çatır.
“İki sahil” xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə - 12-ci tura start veriləcək.
İlk oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə "Karvan-Yevlax" "Kəpəz"i qabul edəcək. Bununla da, uzun illərdən sonra böyük futbol Yevlaxa qayıtmış olacaq. Bölgə təmsilçisi bu turdan başlayaraq ev oyunlarını təmirdən çıxmış doğma arenasında keçirəcək. Qeyd edək ki, bu gün Yevlaxa qonaq komanda kimi gedəcək "Kəpəz"in də ev oyunlarını bu arenada keçirilməsinə qərar verilib. Autsayderlərin qarşılaşması saat 14:00-da başlayacaq.
Günün digər matçında isə lider "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Bir oyun az keçirən "Qarabağ"ın hazırda 23, "Sumqayıt"ın isə 20 xalı var. Azarkeşlərin maraqla gözlədiyi görüşün start fiti saat 19:00-da veriləcək.
Misli Premyer Liqası,
12-ci tur,
21 noyabr (cümə)
14:00. “Karvan-Yevlax” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Namiq Hüseynov
Yevlax şəhər stadionu
19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
22 noyabr (şənbə)
15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
17:30. “Zirə” – “Qəbələ”
23 noyabr (bazar)
15:00. “Sabah” – “Şamaxı”
17:30. “Neftçi” – “İmişli”