Bu gün Misli Premyer Liqasında 13-cü tura start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə "Kəpəz" "Zirə"ni qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 14:00-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Zirə" 5 cavabsız qolla qalib gəlmişdi.
Günün digər matçında isə "Neftçi" "Turan Tovuz" un qonağı olacaq. Tovuz şəhər stadionunda keçiriləcək matça saat 18:30-da start veriləcək. "Turan Tovuz" ilk dövrədə səfərdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etmişdi.
28 noyabr (cümə)
14:00.“Kəpəz” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Yevlax şəhər stadionu
18:30.“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu