Noyabrın 28-də Varşavada şəhərində Azərbaycan və Polşanın Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Polşa nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq Məsələləri idarəsinin müdiri Justyna Chrzanovska rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Polşa Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Danışıqlar zamanı tərəflər konsulluq sahəsi ilə yanaşı ədliyyə, daxili işlər, prokurorluq, miqrasiya sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivləri, əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadilə aparıblar.
Hikmət Hacıyev: Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM