30 noyabr 2025 16:47
239

Belarus NATO ilə dialoqa hazırdır

Belarus Şərqi Avropa regionunda təhlükəsizliyi təmin etməyə çalışır və NATO-ya üzv ölkələrlə dialoqa hazırdır.

“İki sahil” xəbər verir ki, bunu "VoenTV" telekanalına müsahibəsində Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq departamentinin rəisi Valeri Revenko bildirib.

"Biz ölkədə NATO-ya üzv bir sıra dövlətləri akkreditə etmişik. Bu günə qədər onların sayı 10-dur. Belarusun mövqeyini onlara təqdim etməyə, onların mövqeyini dinləməyə və regionumuzda təhlükəsizliyi təmin etmək üçün müəyyən konsensusa gəlməyə hazırıq", – deyə o qeyd edib.

Revenkonun qiymətləndirməsinə görə, Belarusun Qərb ölkələri və Alyansla münasibətləri respublikanı öz maraqlarına tabe etdirmək üçün görülən tədbirlər kompleksi səbəbindən olduqca problemli formalaşır.