30 noyabr 2025 17:10
250

Qırğızıstanda yerli vaxtla saat 17:00-a olan məlumata görə, seçicilərin 27,89 faizi səs verib

Qırğızıstanda və onun xaricində Joqorku Keneşin (birpalatalı parlament) deputatlarının növbədənkənar seçkiləri keçirilir.

“İki sahil” “kabar.kg”yə istinadən xəbər verir ki, Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının məlumatına görə, yerli vaxtla saat 17:00-a olan məlumata görə, seçicilərin 27,89%-i və ya 1 197 568 nəfər səs verib.

Xatırladaq ki, 30 çoxmandatlı seçki dairəsində növbədənkənar parlament seçkilərində ümumilikdə 460 namizəd iştirak edir.

Seçicilərin son siyahısına 4 294 243 vətəndaş daxildir.