02 dekabr 2025 16:55
266

Avropa diplomatiyasının keçmiş rəhbəri saxlanılıb

Avropa İttifaqının (Aİ) Brüsseldəki diplomatik xidmət qərargahında axtarışlardan sonra Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Mogerini saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

O, diplomatların təhsil proqramı ilə əlaqədar dələduzluqda şübhəli bilinir. Kurslara Aİ maliyyə dəstəyi göstərir.