10 dekabr 2025 10:08
211

Slovakiya və Azərbaycan: Dostluq və Strateji Tərəfdaşlığın Yeni Səviyyəsi

Slovakiya və Azərbaycan arasında mövcud olan münasibətlər son illərdə dinamik inkişafı ilə seçilir. Bu iki dövlət arasında formalaşmış əməkdaşlıq təkcə diplomatik və siyasi sahələrlə məhdudlaşmır, həm də iqtisadi, humanitar, enerji və təhlükəsizlik istiqamətlərində genişlənməkdədir. Hər iki ölkə qarşılıqlı etimada, hörmətə və ümumi inkişaf maraqlarına əsaslanan münasibətlər quraraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Slovakiya və Azərbaycan arasındakı siyasi münasibətlər hər iki ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanır. Slovakiya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və regionda sülhün bərqərar olunmasını vacib hesab etmişdir. Parlamentlərarası əməkdaşlıq, qarşılıqlı səfərlər, komitələrarası görüşlər münasibətlərin inkişafına mühüm töhfə verir.

İki ölkə arasında ən sürətli inkişaf edən sahələrdən biri məhz iqtisadi əməkdaşlıqdır. Enerji sektorunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol Slovakiya tərəfindən yüksək qiymətləndirilir. Cənub Qaz Dəhlizi layihəsi bu əməkdaşlığın mühüm sütunlarından biridir. Eyni zamanda ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün ortaq mexanizmlər formalaşdırılır.Hər 2 ölkənin mədəniyyət və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər. Mədəniyyət günləri, sərgilər, təhsil proqramları, tələbə mübadiləsi və digər layihələr xalqlar arasında yaxınlaşmanı daha da gücləndirir. Bu sahədə aparılan işlər iki xalqın bir-birini daha yaxından tanımasına imkan yaradır.

Həmçinin bu ölkələr beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. BMT, ATƏT və Avropa Şurasında qlobal təhlükəsizlik, regional sabitlik və beynəlxalq hüququn aliliyi kimi məsələlərdə oxşar mövqelər nümayiş etdirilir. Bu əməkdaşlıq tərəflər arasında siyasi əlaqələrin davamlılığını təmin edir.

Slovakiya və Azərbaycan arasında strateji tərəfdaşlıq dərin tarixi əlaqələrə və qarşılıqlı hörmətə əsaslanır. Bu münasibətlərin gələcək illərdə daha da genişlənəcəyi və yeni layihələrlə zənginləşəcəyi şübhəsizdir. Hər iki ölkə regional və beynəlxalq səviyyədə sülhün, təhlükəsizliyin və inkişafın tərəfdarı kimi birgə addımlamaqda davam edəcək.

Fidan Əliyeva,
YAP-Xətai rayon təşkilatı əməkdaşı