11 dekabr 2025 11:08
169

Paşinyan: Ermənistanın məqsədi Aİ-yə üzvlükdür

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya səfəri zamanı bildirib ki, Ermənistanın məqsədi Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq deyil, Aİ-yə üzvlükdür.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"AİB-dən çıxmaq məqsəd deyil, digər tərəfdən məqsəd Aİ-yə üzvlükdür... Biz başa düşürük ki, qərar qəbul edilməli olan bir məqam var, amma hələ bu nöqtəyə çatmamışıq", - o, bildirib.

Oktyabr ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın "gələn ay və ya il" Aİ-yə üzvlük üçün müraciət edəcəyini açıqlayıb.