11 dekabr 2025 10:09
160

Azərbaycan – Slovakiya əməkdaşlığı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində dekabrın 9-da iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Slovakiya və Azərbaycan dostluğu qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır. Hər iki ölkə strateji tərəfdaş sayılır və münasibətləri daim inkişaf edir. Onlar iqtisadiyyat,  enerji, müdafiə, təhsil, turizm və mədəniyyət sahələrində birgə layihələr həyata  keçirirlər. Slovakiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan isə  Slovakiyanı Cənubi Qafqazda vacib tərəfdaş kimi görür.

Bu dostluq iki xalq arasında əlaqələri gücləndirir və gələcəkdə daha çox birgə layihələr üçün imkan yaradır. Slovakiyada keçirilən görüşdə Azərbaycanla Slovakiya arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Azərbaycan tərəfi  Slovakiyadan avtomatik artilleriya sistemləri almaqda maraqlıdır. Qarabağda Slovakiya şirkəti “ağıllı kənd” layihəsi həyata keçirir. Hər iki ölkə arasında iqtisadi və texnoloji sahələrdə əlaqələrin genişlənməsi planlaşdırılır. Bratislavadan Bakıya birbaşa uçuşların açılması da qeyd edilib. Slovakiya Prezidenti Azərbaycan Prezidentini səmimiyyətlə qarşılayaraq iki ölkə dostluğunun daha da möhkəmlənəcəyinə inandığını bildirib.

Tərəflər strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, müdafiə, texnologiya, turizm və  təhsil kimi sahələrdə əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Slovakiya Azərbaycanı regionda mühüm tərəfdaş kimi qiymətləndirir, iki ölkə arasında ticarət dövriyyəsi artır.

İlk rəsmi səfər zamanı iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri bir daha təsdiqlənib. Keçən il imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsindən sonra əməkdaşlıq bütün sahələrdə genişlənib. Energetika sahəsində birgə layihələr həyata keçirilir və ilk dəfə Azərbaycan qazı Slovakiyaya ixrac olunub.

Azərbaycanın zəngin qaz ehtiyatları sayəsində ölkə artıq 14 dövlətə qaz ixrac edir və gələcəkdə həm Slovakiyaya, həm də qonşu ölkələrə daha çox enerji tədarükü  mümkündür. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetrə çatıb. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması qeyd olunub və bu, region üçün mühüm hadisə kimi dəyərləndirilib.

Aydan Nəsibova, 
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü