Donald Tramp etiraf edib ki...

14 dekabr 2025 08:19
327

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Respublikaçılar Partiyasının 2026-cı ilin payızında keçiriləcək ara seçkilərindən sonra Konqresin hər iki palatasında çoxluğunu qoruması çətin olacaq.

“İki sahil” xəbər verir ki,  o, “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə belə deyib: "Görəcəyik necə olacaq. Qalib gəlməliyik, amma statistik olaraq qalib gəlmək çox çətin olacaq. Əlimizdən gələni etməyə çalışacağıq”. Tramp, həmçinin bildirib ki, ABŞ üçün milyardlarla dollarlıq investisiyalar təmin edib, lakin bu pulun nə vaxt reallaşacağını bilmir. "Mən tarixin ən böyük iqtisadiyyatını yaratmışam, amma insanların bunu dərk etməsi üçün yəqin ki, vaxt lazım olacaq", - deyə o əlavə edib.

ABŞ Konqresinə ara seçkilər 2026-cı il noyabrın 3-də keçiriləcək. Nümayəndələr Palatasının bütün 435 üzvü və senatorların üçdə biri (33 senator) yenidən seçilmək üçün mübarizə aparacaq. Hazırda hər iki palata Respublikaçılar tərəfindən idarə olunur.