14 dekabr 2025 14:10
194

Sidneydəki çimərlikdə atışma zamanı on nəfər ölüb - YENİLƏNİB

Sidneydə Bondi çimərliyində Hanuka bayramı münasibətilə keçirilən tədbirdə iki silahlı şəxs atəş açıb, nəticədə 10 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki,  bu barədə "NewsWire" yerli polisə istinadla məlumat yayıb.

"Silahlılardan biri öldürülüb, digəri isə tibbi yardım alır. Onlar Bondi çimərliyində məqsədli şəkildə atəş açaraq 10 nəfəri öldürüblər", - deyə bildirilib.

Həlak olanlar arasında uşaqlar və bir polis zabiti də var.

Polisin fikrincə, cinayətkarlar bu hadisəni bir neçə ay ərzində planlaşdırıblar.

***

Sidneydə Bondi çimərliyində Hanuka bayramı münasibətilə keçirilən tədbirdə iki silahlı şəxs atəş açıb, nəticədə 10 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki,  bu barədə "NewsWire" yerli polisə istinadən məlumat yayıb. "Silahlılardan biri öldürülüb, digəri isə tibbi yardım alır. Onlar Bondi çimərliyində məqsədli şəkildə atəş açaraq 10 nəfəri öldürüblər", - deyə bildirilib.

Həlak olanlar arasında uşaqlar və bir polis zabiti də var. Polisin fikrincə, cinayətkarlar bu hadisəni bir neçə ay ərzində planlaşdırıblar.