14 dekabr 2025 12:14
155

Şanlı tarix yazılan günlər...

Tarix 12-12-2022 
          28-04-2023

Yenə yeni tarix yazılmağa başlayır.
Dekabrın 12-si 2022-ci il tarixində başlayıb  138-ci gün (5 ay) davam edən "EKO AKSİYA"da mənim də özünəməxsus öhdəliyim oldu. Belə ki, dekabr ayının 13-dən etibarən  qısa  fasilələrlə 100 gündən çox Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsindəki eko-aktivistlərin haqqlı mübarizəsində Aztv-nin operatoru kimi fəaliyyət göstərdim. 

Qışın ən sərt zamanında başlayan aksiya, nə yaşlı, nə də gənc, könüllü eko-aktivistləri qorxutmurdu.

Biz media nümayəndələrinin iş fəaliyyəti aksiyanın gedişatını,iştirakçıların tələblərini  ölkə və dünya ictimaiyyətinə çatdırmaq idi. 
Bu minvalla saatlar günləri,günlər də ayları hiss etdirmədən yola salırdı. O qürurlu günlər heç də asan keçmədi. Xoş günlərlə bərabər çətin günlərimiz də oldu. Ayın 12-si başlayan aksiyaya mən və  Ruslan Həsənov bir gün sonra,ayın 13-ü qoşulduq. Yeni başlamış aksiyada müəyyən qədər problemlər də var idi ki,qısa müddətdə bütün problemlər həllini tapdı,yüksək səviyyədə şərait yaradıldı. 

Çətinliklər əsasən operatorlara aid idi. Biz operatorların əsas öhdəliyi aksiya iştirakçılarının yanında olub, olanları müşahidə etmək,günün gedişatını izləmək,çəkib kanal mərkəzinə ötürmək idi. İştirakçılar gün ərzində müəyyən olunmuş vaxta əsasən növbələşirdilər. Ama biz operatorların elə bir şansı yox idi.  Çünki ilk günlərdə iki operator ilə işləyirdik. Birimiz gündüz növbəsində saat 08:00-dan 00:00-a qədər,digərimiz də 00:00-dan 08:00-a qədər. Bu vaxtı da tənzimləyən biz özümüz idik. Gecə saat 12-də gələcək olan operator yoldaşım Zaur Dadaşova zəng edib deyirdim gəlmə,mən nə vaxt desəm onda gələrsən. İnanın ki, fiziki gücüm çatmış olsaydı 24 saat da işləyərdim.  Bilirsiz niyə?
Çünki həmin anların hər saniyəsinə şahidlik etmək,o anların bir parçasına şevrilmək istəyirdim.  Ama buna əngəl olan yuxu idi. Gecə saat 2-3 zəng edirdim ki, Zaur gəl... 
Səhər tezdənnən də,vaxtında aksiya yerinə gəlirdim. Həmin günlərdə birçox kanal iki kamera ilə işləyirdi.  Kameralardan biri youtube üzərindən 24 saat canlı yayım üçün ayrılmışdı,digəri isə gün ərzində xəbər buraxılışlarına reportajlar, proqramlara da canlı bağlantılar üçün ayrılmışdı. İki kameraya nəzarət etməyin nəqədər çətin olduğunu bu işi bilənlər yaşı bilirlər. Bu çətinliyə baxmayaraq mən qarışıq bütün KİV nümayəndələri işlərini böyük həvəslə görürdülər. Yorulurduq? Bəli,yorulurduq. Ama,yorulduğumuzu hiss edəndə,ordakı gənc uşaqlara baxıb daha da  həvəsə gəlirdik. Düşünürsən ki,sənin müəyyən qədər yaşın var artıq. Yorğunluğa, soyuğa,aclığa dözə bilərsən. Bəs o uşaqlar? Onlar dözüb dayana bilirlərsə sən də dözməlisən! Eynilə bunu düşünüb deyirsən ki, yoo,yorulmamısan,yorula da bilmərsən. Sən işləməlisən. Bu düşüncə adama sanki güc qüvvət gətirirdi.
Belə-belə günlər keçməyə başladı. Günlər keçib,təqvim dəyişdikcə hiss edirdim ki, müqavimətim zəifləyir. İmmunitetim aşağı düşür. Ama kimsəyə demir,hiss etdirmirdim. Düşünürdüm ki,desəm birdən məni geri qaytararlar. Qayıtmaq da istəmirəm,xəstələnmək də.
Ama bədənin gücü,işin ağırlığına tab gətrməyib özünü büruzə verməyə başladı.  Baş ağrısı,baş dönməsi ən nəhayət burun qanaması. Burnumdan qan açılanda kimsəyə görsənmədən bir dalana çəkilib qanın kəsilməsini gözləyirdim. Bu hal bir-neçə dəfə təkrarlandı. Tez-tez yoxa çıxdığımı hiss edən müxbirim Ruslan  Həsənov məni axtara-axtara gəlib tapdı. Vəziyyəti görən an qoluma girib zorla,hətta darta-darta məni çadırdan olan tibb məntəqəsinə apardı. Vəziyyəti görən, başda Oqtay həkim olmaqla,bütün personal səfərbər oldu deyə bilərəm. Həkimlərin bu  həssaslığı tək mənim üçün deyildi,müraciət edən hər kəs üçün eyni yüksək xidməti göstərirdilər. 
Əlqərəz, tibb bacılarından biri tez təzyiqimi ölçür digəri butulkada soyuq suyu alnıma qoyur,Oqtay həkim də əlində bint nəsə hazırlayırdı. Onları izlədikcə yolda düz getməyən nəsə var deyə düşünürdüm ki, Oqtay həkim yaxınlaşıb əlindəki dərmanlı uzun binti qanın kəsilməsi üçün burnuma yerləşdirdikdən sonra bir müddət uzanmaq lazım olduğunu dedi. Məcbur, uzandım. Tibb bacısı da başımın üstündə, əlində soyuq su dolusu butulkanı  alnıma qoyub gözləyir. Bir oğlan da durmanad şəkillər çəkirdi. Oqtay həkim,gəlin kollektiv də şəkil çəkdirək dedi. Mən uzanılı vəziyyətdə ətrafıma yığılıb şəkil çəkdirdilər. Zarafatla; Elşad can hayında,həkimlər də şəkil,dedim. 

5-10 dəqiqə ancaq  uzana bildim. Məcbur qalxmalı idim. Xəbər buraxılışının vaxtı gəlirdi, canlı efirə çıxmalı idik. Ruslan ilə işimizin başına qayıdıb efiri bitirdik.  Məni o vəziyyətdə görən digər kanalların operatorları,hamısı bir ağızda sən get otelə (hənim günlərdə oteldə qalırdıq) biz sənin yerinə də işləyərik dedilər.  Hamısına bunun mümkün olmayacağını deyib təşəkkürümü bildirdim. 

Bint məni narahat etməyə, əsəbimə toxunmağa başladı deyə gedib çıxartdırdım. Həkimlər hələ tezdir, qalsın deməklərinə baxmayaraq çıxarmalarını istədim, çıxartdılar. Qısa müddət sonra qanama təkrar başladı. Ruslan yenə zorla həkimə apardı. Niyə zorla? Çünki bu dəfə utandığımdan getmək istəmirdim. Məni xəbərdar edib deyilmişdi axı hələ tezdir. İkinci dəfə yenə eyni prosedur tətbiq edildi...

Elşad Heydərov
ARDI VAR...