Sidneydə (Yeni Cənubi Uels ştatı) Bondi çimərliyində baş verən atışmada həlak olanların sayı 12 nəfərə yüksəlib.
“İki sahil” "News.com.au" saytına istinadla xəbər verir ki, atışma terror aktı kimi təsnif edilib.
Atəş açanlardan birinin şəxsiyyəti də müəyyən olunub – onun Navid Əkrəm olduğu bildirilib.
"ABC News"un məlumatına görə, ştat polisi hadisə yerində şübhəli əşya aşkarlayıb, bunun kustar üsulla hazırlanmış partlayıcı qurğu olduğu ehtimal edilir və onun zərərsizləşdirilməsi üzərində iş aparılır.
Qeyd edək ki, bayram tədbirinə təxminən yəhudi icmasının 2 min nəfər nümayəndəsi qatılıb.