16 dekabr 2025 08:19
127

Tramp "BBC"ni məhkəməyə verib

ABŞ Prezidenti Donald Tramp süni intellekt və digər texnologiyalardan istifadə edərək sözlərini təhrif etdiyinə görə Britaniyanın "BBC" telekanalına qarşı məhkəmə iddiası qaldırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Reuters" məlumat yayıb. İddia ərizəsinə görə, Tramp 6 yanvar 2021-ci il tarixli çıxışının bəzi hissələrini redaktə etdiyinə görə ən azı 5 milyard dollar təzminat tələb edir.

Qeyd edək ki, Trampın düzəldilən çıxışında tərəfdarlarını Kapitoliyə basqın etməyə çağırdığı təəssüratı yaranıb.