Səudiyyə Ərəbistanı bir il ərzində icra olunan ölüm hökmlərinin sayına görə yeni rekord müəyyən edib.
“İki sahil” AFP-yə istinadla xəbər verir ki, cari ilin əvvəlindən etibarən krallıqda narkotik alveri ittihamı ilə 232 nəfər edam edilib. Ümumilikdə isə 2025-ci il ərzində Səudiyyə Ərəbistanında 340 məhkum edam olunub.