16 dekabr 2025 13:39
114

Belçika Aİ-nin Rusiya aktivləri ilə bağlı razılaşma variantını rədd edib - "Politico"

Belçika Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı son razılaşma variantında təklif olunan təminatları yetərli hesab etməyib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Politico" diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Aİ-nin son təklifi üç şərti əhatə edib: Rusiyanın mümkün məhkəmə iddiaları halında Belçikaya tam kompensasiyanın verilməsi; ayrı-ayrı Aİ ölkələrinin maliyyə təminatlarının ümumi məbləğindən asılı olmayaraq, Belçika üçün təhlükəsizlik mexanizminin təmin edilməsi; göstərilən razılaşmalar yerinə yetirildikdən sonra vəsaitlərin Ukraynaya köçürülməsi.

Mənbələrin sözlərinə görə, Belçika cavab olaraq bildirib ki, “qeyri-mütənasib risklərə” məruz qalmaq niyyətində deyil.