Hollivud rejissoru Rob Raynerin oğluna valideynlərini qətlə yetirmək ittihamı irəli sürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qeyd olunub ki, 32 yaşlı Nik Rayner dekabrın 14-də həbs edilib. İki gün sonra dairə prokuroru ona qarşı qəsdən adam öldürmə ilə bağlı iki maddə üzrə cinayət işi qaldırıb. Nik Rayner ömürlük həbs və ya ölüm cəzası ilə üzləşə bilər.
"Reuters"in qeyd etdiyinə görə, hakimiyyət orqanları cinayətin mümkün motivini açıqlamır. Media orqanlarının məlumatına əsasən, uzun müddət narkotik asılılığı ilə mübarizə aparan Nik Rayner faciədən bir gün əvvəl bayram şənliyində valideynləri ilə mübahisə edib.
Xatırladaq ki, fövqəladə hallar xidməti Rob Raynerin Los-Ancelesdəki evində yaşları rejissor və həyat yoldaşının yaşına uyğun gələn yaşlı kişi və qadın cəsədi aşkar edib. Hər iki şəxsdə dərin bıçaq yaraları olsa da, baş vermiş yanğın səbəbindən cəsədləri tanımaq çətin olub.
Sonradan narahatlıqlar təsdiqlənib, öldürülənlərin rejissor və həyat yoldaşı Mişel Rayner olduğu üzə çıxıb. Polis qətl şübhəsi ilə onların ortancıl oğlu Nik Raynerin həbs edildiyini bildirib. O, hadisədən sonra Los-Ancelesdəki parklardan birində tapılaraq insidentsiz həbs edilib.