18 dekabr 2025 09:08
152

Hüquqi dövlətçilik, humanizm və milli həmrəyliyin təcəssümü

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının etibarlı təminatı, ədalət və humanizm prinsiplərinə söykənən idarəetmə modeli müasir dövlət siyasətinin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü də məhz bu strateji xəttin davamı kimi qiymətləndirilməlidir. Bu təşəbbüs ölkəmizin konstitusion dəyərlərə sadiqliyini, hüququn aliliyinə hörmətini və cəmiyyətin sosial-mənəvi birliyinin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasətini nümayiş etdirir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü təkcə hüquqi mexanizm deyil, eyni zamanda dövlətlə vətəndaş arasında etimadın gücləndirilməsi, cəmiyyətin reinteqrasiyası və sosial ədalətin təmin olunması baxımından mühüm ictimai-siyasi əhəmiyyət daşıyır. Bu addım, hüquqi məsuliyyətin humanist yanaşma ilə uzlaşdırılmasının bariz nümunəsidir.

Konstitusiya və suverenlik anlayışlarının məzmunu və əhəmiyyəti

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hüquqi-siyasi əsaslarını müəyyən edən ali hüquqi sənəddir. Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını, dövlət hakimiyyətinin təşkili prinsiplərini, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət mexanizmlərini tənzimləyir. Suverenlik isə dövlətin daxili və xarici siyasətdə müstəqilliyini, öz taleyini sərbəst müəyyən etmək hüququnu ifadə edir.

“Konstitusiya və Suverenlik İli”nin elan olunması Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının möhkəmləndirilməsi, konstitusion dəyərlərin cəmiyyətdə daha dərindən mənimsədilməsi məqsədi daşıyır. Bu kontekstdə amnistiya təşəbbüsü konstitusiyanın humanizm, ədalət və sosial dövlət prinsiplərinin real həyatda tətbiqinin bariz təzahürüdür. Dövlət suverenliyi yalnız ərazi bütövlüyünün təminatı ilə deyil, eyni zamanda vətəndaşların hüquqlarının qorunması və onların cəmiyyətə inteqrasiyası ilə möhkəmlənir.

Amnistiya institutunun hüquqi mahiyyəti və beynəlxalq təcrübə

Amnistiya institutu bir çox ölkələrin hüquq sistemində mövcud olan, humanist dəyərlərə söykənən hüquqi mexanizmdir. Amnistiya adətən müəyyən kateqoriyadan olan şəxslərin cəzadan azad edilməsi, cəzanın yüngülləşdirilməsi və ya cinayət məsuliyyətinin aradan qaldırılması ilə müşayiət olunur. Bu institut cəmiyyətin sosial sağlamlığının bərpasına, penitensiar sistemdə yükün azaldılmasına və hüquq pozuntusuna yol vermiş şəxslərin islahına şərait yaradır.

Azərbaycan Respublikasında amnistiya aktları Milli Məclis tərəfindən qəbul edilir və Prezident tərəfindən təşəbbüs göstərilir. Bu mexanizm konstitusion çərçivədə həyata keçirilir və hüquqi dövlət prinsipinə tam uyğun gəlir. Prezident İlham Əliyevin təşəbbüsü ilə indiyədək qəbul edilmiş amnistiya aktları minlərlə ailənin sevincinə səbəb olmuş, cəmiyyətin sosial-mənəvi mühitinə müsbət təsir göstərmişdir.

Prezident İlham Əliyevin humanist siyasətində amnistiya təşəbbüslərinin yeri

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində insan amili, sosial ədalət və humanizm xüsusi yer tutur. Müxtəlif illərdə imzalanmış əfv sərəncamları və irəli sürülmüş amnistiya təşəbbüsləri bu siyasətin ardıcıllığını təsdiqləyir. Bu addımlar dövlətin cəza siyasətində təkcə cəzalandırma deyil, həm də islah və yenidən cəmiyyətə qazandırma məqsədlərinin üstün tutulduğunu göstərir.

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü xüsusilə simvolik məna daşıyır. Bu təşəbbüs bir tərəfdən dövlətin gücünü və hüquqi suverenliyini nümayiş etdirirsə, digər tərəfdən həmin gü

Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatı