18 dekabr 2025 18:12
91

ABŞ ilə sülh planı üzrə danışıqlarda irəliləyiş var - Zelenski

Ukrayna Birləşmiş Ştatlarla sülh planı üzrə danışıqlarda irəliləyiş əldə edir.

“İki sahil” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski Brüsseldə jurnalistlərə bildirib.

O hesab edir ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşlərin tezliyi də danışıqlarda irəliləyişin göstəricisidir.

V.Zelenski Rusiyanın təcavüzünün təkrarlanacağı halda Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində ABŞ-nin hərəkət alqoritmi barədə ətraflı cavab ala bilmədiyini vurğulayıb.