Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün sabah Floridaya gedəcəklər.
“İki sahil” "İnterfaks-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina bildirib.
"Rüstem Umerov və Andrey Qnatov ABŞ nümayəndə heyəti ilə işləmək üçün bu gün və ya sabah Floridaya gələcəklər. Səfirlik müntəzəm olaraq nümayəndə heyətlərinin işinə dəstək göstərir", - o, sosial şəbəkələrdə yazıb.
Stefanişinanın sözlərinə görə, hazırda görüşlərin ikitərəfli formatda keçirilməsi planlaşdırılır.