19 dekabr 2025 12:31
104

Qazaxıstandan Azərbaycana taxıl tədarükü artıb

Bu ilin 11 ayında Qazaxıstanda taxıl daşınmasının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artaraq 12,6 milyon ton təşkil edib.

“İki sahil” rail-news.kz saytına istinadla xəbər verir ki, 9,7 milyon ton taxıl ixrac olunub.

Bu ilin sentyabr-noyabr aylarında isə taxıl daşınması 4,4 milyon tona (21 faiz artım) çatıb, o cümlədən ixrac daşınmaları 3,4 milyon ton təşkil edib (19 faiz artım).

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 11 ayında dəmir yolu ilə taxıl daşınması Qara dəniz limanları istiqamətinə 150, Rusiyanın Baltik limanları istiqamətinə 196, Baltikyanı ölkələrə 799 , Azərbaycana 556 və İrana 197 faiz artıb.