19 dekabr 2025 23:37
91

Rusiya Ukraynanın itkilərini açıqladı - 1395-ci gün

Rusiya müharibənin 1395-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 669 təyyarəsi, 283 helikopteri, 103 867 PUA-sı, 640 zenit-raket kompleksi, 26 606 tank və digər zirehli texnikası, 1 633 reaktiv yaylım atəş sistemi, 32 021 artilleriya və minaatanı, 49 447 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.