19 dekabr 2025 20:09
98

Türkiyədə Rusiya istehsalı olan qəzaya uğramış PUA aşkarlanıb

Bu gün Türkiyənin İzmit şəhərində tapılan PUA-nın Rusiya istehsalı olan pilotsuz kəşfiyyat aparatı olduğu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, pilotsuz aparat İzmitin (Kocaeli vilayəti) Çubuklubala məhəlləsi rayonunda tapılıb.

"İlkin qiymətləndirməyə görə, tapılan uçuş aparatı kəşfiyyat əməliyyatlarında istifadə olunan Rusiya istehsalı "Orlan-10" pilotsuz aparatıdır", - məlumatda qeyd olunub.

Qurumda həmçinin vurğulanıb ki, insidentin araşdırılması davam edir.