ABŞ tərəfindən Azərbaycana Qəzzada Beynəlxalq Sabitləşdirici Qüvvələr daxilində iştirak etməklə bağlı müraciət edilmişdi, lakin burada bir sıra açıq suallar var idi.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, bu təklif Azərbaycana olan beynəlxalq etimaddan və ordusunun peşəkarlığından irəli gəlirdi:
"Lakin Azərbaycan üçün burada açıq olan bir sıra suallar var idi. Məsələn, bu fəaliyyət necə bir fəaliyyət olacaq, mandatın formatı necə olacaq, müddət nə qədər olacaq və sair kimi xeyli açıq suallar var idi. Və biz, təəssüf ki, bu sualların bir çoxuna cavab ala bilmədik. Nəticədə əlimizdə olan məlumat bu yöndə qəti qərar verməyimizi mümkünsüz etdi. Ona görə də hazırda Azərbaycan hərbçilərinin orada fəaliyyəti ilə bağlı qərar yoxdur".
C.Bayramov, həmçinin əlavə edib ki, Azərbaycan tərəfinə Qəzzada bərpa və quruculuq işlərinin aparılması ilə bağlı hər hansı müraciət yoxdur.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb