Qərbi Azərbaycan məsələsinin Ermənistana ərazi iddiası olmasının heç bir əsası yoxdur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, qərbi azərbaycanlıların qayıdış hüququ məsələsi ətrafında son illərdə beynəlxalq müstəvidə ciddi işlər həyata keçirilib, dəyişiklər baş verib:
"Ancaq məsələ bəzən ayrı müstəviyə çəkilir, bunu Azərbaycanın Ermənistana olan ərazi iddiası kimi təqdim edirlər. Lakin bunun qəti şəkildə heç bir əsası yoxdur. Bu, qərbi azərbaycanlıların tam hüququdur".
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb