TÜRKPA Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana rəsmi səfər çərçivəsində Prezident Mərkəzini ziyarət edib.
“İki sahil” xəbər verir ki, bu barədə TÜRKPA-dan bildirilib. Səfər zamanı TÜRKPA nümayəndə heyəti Mərkəzin geniş muzeyi ilə tanış olub, burada onlara Qazaxıstanın qədim dövrlərdən başlayaraq orta əsrləri, sovet dövrünü, müstəqillikdən əvvəl və sonrakı illəri, prezident institutunun fəaliyyətini, ölkənin mədəni-tarixi irsini əhatə edən geniş çeşidli eksponatlar nümayiş etdirilib.
Ziyarət zamanı Baş katibi onun müavini Talqat Aduov və Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət ediblər
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb