İsveçrənin Kran-Montana dağ-xizək kurortunda partlayış nəticəsində ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə məlumat daxil olmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, Alp dağlarında yerləşən xizək kurortu şəhərciyi Kran-Montanada 2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən, saat 01:30 radələrində "Le Constellation" adlı ikimərtəbəli barda partlayış baş verib. Yanğın nəticəsində, təxminən, 40 nəfər ölüb, daha 100 nəfər isə xəsarət alıb.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb