Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev 2025-ci ildə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.
“İki sahil” xəbər verir ki, bu barədə ukraynalı diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Biz (Ukrayna - red.) Azərbaycandakı və bütün dünyadakı tərəfdaşlarımıza, dostlarımıza 2025-ci ildəki dəstəyə görə təşəkkür edirik. Məqsədimiz aydın qalır: azadlıq, ədalətli və davamlı sülh. 2026-cı ildə Ukrayna, Avropa və bütün dünya üçün sülh və təhlükəsizlik naminə işləməyə davam edəcəyik. Qoy yeni il hamı üçün ədalətli sülh gətirsin", - o qeyd edib.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb