Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir.
“İki sahil” xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətdə yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılıb. “Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb