Prezident İlham Əliyev Milli Məclisin ötən il dekabrın 19-da qəbul etdiyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, dəyişiklik "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun icrası ilə əlaqədardır.
Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində edilmiş dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısından kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin adı çıxarılıb.
Dəyişiklikdə həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda quyuların, istixanaların, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin tikilməsinə də icazə tələb olunması qeyd edilib.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb